Beyləqanda 2 nəfər güllələnib | YENİLƏNİB

Beyləqanda 2 nəfər güllələnib |  YENİLƏNİB
  06 Sentyabr 2025    Oxunub:1118
Saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbi ilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən AzVision.az-a bildirilib ki, onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb. 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil qiymətləndirilir.

* * *

14:18
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xəsarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: hadisə  



Xəbər lenti